Narkotiklə məşğul olan şəxs tutuldu

Biləsuvar rayonu ərazisində gizlədilmiş narkotik vasitələr aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Biləsuvar RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nərimankənd kəndi ərazisində gizlədilmiş 6 kiloqram 925 qram heroin, 4 kiloqram 493 qramdan artıq metamfetamin, 2 kiloqram 980 qram tiryək, 380 qram marixuana və 165 qram “Preqabalin” dərman həbi aşkar edilərək götürülüb.

Polis əməkdaşları tərəfindən narkotik vasitələri gizlədənin şəxsiyəti də müəyyən edilib.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə