Narkotiklə tutuldu, oğurluq etdiyi üzə çıxdı

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini H.Şahbazlı saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini H.Şahbazlı saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin gotürülüb.

Ətrafında aparılmış tədbirlərlə onun 7 nəfərə məxsus velosipedləri oğurlaması da müəyyən edilib.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...