Kimyəvi təmizləmə sexlərinin birindən pul və dəmir seyf oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Həsənov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Nəsimi RPİ 20-ci və 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 24-də rayon ərazisindəki kimyəvi təmizləmə sexlərinin birindən 335 manat pul, habelə içərisində 3400 manat pul olan dəmir seyf oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Həsənov saxlanılmışdır.

Aparılmış araşdırmalardan sonra məlum olub ki, o gözəllik salonlarının birindən 400 manat pul, 500 manat dəyərində mobil telefon və gümüş əşyalar da oğurlayıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...