Qətl törədən şəxsin silsilə cinayətləri üzə çıxdı

Qətl cinayəti törətdiyinə görə tutulmuş S.Mustafayevin Bakı şəhər sakini M.İsrafilovla birgə 6 evdən oğurluq etməsi də müəyyən edilib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, qətl cinayəti törətdiyinə görə tutulmuş S.Mustafayevin ətrafında Suraxanı RPİ 33-cü PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.İsrafilovla birgə 6 evdən pul, qızıl-zinət və məişət əşyaları oğurlaması da müəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində M.İsrafilov da polis əməkdaşları tərəfindən saxlanılıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə