Bakının Nəsimi rayonundakı kafelərdən birində yanğın baş verib

Bakının Nəsimi rayonunda kafedə yanğın qeydə alınıb.

SİA "APA"ya istinadən xəbər verir ki, hadisə Həsən Əliyev küçəsində yerləşən kafedə baş verib.

İaşə obyektinin mətbəxində əvvəlcə tüstülənmə müşahidə olunub. Daha sonra mətbəxdəki avadanlıq yanıb. Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə xidmətinin əməkdaşları cəlb edilib. Yanğının qarşısı alınıb. Vaxtında edilən müdaxilə nəticəsində yanğın iaşə obyektinin mətbəxindən kənara keçməyib.

Hazırda hadisənin səbəbləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə