Övladı ilə görüşməyə qadağa qoyduğuna görə keçmiş arvadını bıçaqladı

Gədəbəy sakini keçmiş həyat yoldaşını bıçaqlayıb.

SİA-nın bölgə müxbirinin verdiyi məlumata əsasən, hadisə rayonun Dəyirmandağ kəndində baş verib. Rasim Məsimov keçmiş həyat yoldaşını - Məsimova Zülfiyyə Faiq qızını bıçaqlayıb. Qadın qonşuların köməkliyi ilə Gədəbəy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və əməliyyat olunub.

İlkin məlumata görə, qadın ayrılan ərinə övladı ilə görüşməyə icazə vermirmiş. Mübahisə də məhz bu səbəbdən baş verib.

Keçirilən əməliyyatla Rasim Məsimov saxlanılıb.Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə