Bakıda evləri qarət edən şəxslər tutuldu

Xəzər rayonu ərazisində 3 evdən və 1 avtomobildən oğurluq törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi və Xəzər RPİ-nin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xəzər rayonu ərazisində 3 evdən noutbuk, mobil telefon, velosiped, 3000 manat pul, televizor, kondisioner, həmçinin "Audi" markalı bir avtomobildən 3700 manat pul oğurlamaqda şübhəli bilinən Şərur rayon sakinləri. əvvəllər məhkum olunmuş V.Seyidov və M.Abdullayev müəyyən edilərək saxlanılıblar.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə