Yeni Günəşlidə iki qohumunu qətlə yetirən şəxs tutuldu

Yeni Günəşlidə iki qohumunu qətlə yetirən şəxs tutuldu

Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində iki qohumunu qətlə yetirməkdə şübhəli bilinən S.Mustafayev tutulub. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, sentyabrın 24-də saat 12 radələrində Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində 61 yaşlı Tamella və 88 yaşlı Simuzər Cavadovaların qətlə yetirilmiş meyitlərinin yaşadıqları evdə tapılması barədə 33-cü Polis Bölməsinə daxil olmuş məlumatla əlaqədar dərhal əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və 33-cü PB əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində bu cinayəti törətməkdə şübhəli bilinən S.Cavadovanın nəvəsi S.Mustafayev müəyyən edilərək tutulub. Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə