Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1960-cı il təvəllüdlü Əliyev Fazil Əmir oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə