Biləsuvarda avtomobillə traktor toqquşub: ölən var

Biləsuvar şəhəri ərazisində “Mercedes” markalı avtomobillə “MTZ-80” markalı traktor toqquşub. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, sentyabrın 23-də saat 17 radələrində Biləsuvar şəhəri ərazisində Bakı şəhər sakini Əfqan Dadaşovun idarə etdiyi “Mercedes” markalı avtomobillə Nərimankənd kənd sakini L.Vəliyevin idarə etdiyi “MTZ-80” markalı traktor toqquşub. Nəticədə Ə.Dadaşov hadisə yerində ölüb.

Biləsuvar RPŞ tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə