İşğal olunmuş Azərbaycan ərazilərində 394 nəfər virusa yoluxub
Azərbaycanın işğal altında olan ərazilərində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların ümumi sayı 394 nəfərə çatıb. SİA xəbər verir ki, Dağlıq Qarabağda son sutkada 9 yeni yoluxma faktı qeydə alınıb.
İndiyədək infeksiyaya yoluxanlardan 329 nəfər sağalıb, 63 nəfərin müalicəsi davam edir. 5 nəfərin vəziyyəti ağır, 7 nəfərin vəziyyəti isə orta ağırdır. 85 nəfər karantindədir.
İndiyədək analiz nəticəsi pozitiv çıxan iki nəfər ölüb. Lakin onların digər xəstəliklərdən öldüyü bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB