ABŞ-da Silikon vadisinin ən iri ali təhsil ocağı olan San-Xose Dövlət Universitetinin tələbə şəhərciyində atışma baş verib. SİA "RBK"ya istinadən xəbər verir ki, ilkin məlumatlara görə, üç nəfər qətlə yetirilib. Hadisə zamanı yaralananlar barədə məlumat yoxdur. Atışma universitetin kampusunun dayanacağında baş verib.
Hazırda polis hadisənin təfərrüatlarını aydınlaşdırır. Qeyd edək ki, Kaliforniyanın eyniadlı şəhərində yerləşən San-Xose Universiteti ABŞ-ın qərb sahillərində ən qədim ali təhsil ocağıdır. Universitetdə 31 minə yaxın tələbə oxuyur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB