Yol qəzasında 5 nəfər ölüb, 9 nəfər isə yaralanıb

Yol qəzasında 5 nəfər ölüb, 9 nəfər isə yaralanıb
Türkiyənin Van şəhərinin Başkale mahalında xətalı sürmə üzündən iki minik maşınının toqquşması nəticəsində meydana gələn yol qəzasında 5 adam ölüb, 9 adam yaralanıb. Qəza bu gün saat 11:30 radələrində Başkale-Hakkari quru yolunun 30-cu kilometrliyində meydana gəlib. Vandan Hakkari istiqamətinə gedən 30 YD 652 nömrəli yük maşını eyni istiqamətə gedən Bəkir Orbayın idarə etdiyi 65 NƏ 518 nömrəli ticarət maşını ilə toqquşub.

Hazırda qəza ilə əlaqədar istintaq işi davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə