Son bir neçə gün ərzində Filippində çoxsaylı insan tələfatı ilə nəticələnən qasırğa baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, güclü yağışlarla müşayiət olunan "Aere" tropik qasırğası ölkənin mərkəzində yerləşən bir neçə vilayətdə dağıntı, torpaq sürüşməsi və subasmaya səbəb olub. Nəticədə 24 nəfər ölüb, 6 nəfər xəsarət alıb, 2 nəfər isə itkin düşmüş hesab olunur. Qasırğanın təxminən 210 min nəfərə zərər vurduğu bildirilir. Təhlükəsizlik tədbirləri çərçivəsində 6400 nəfər təxliyə olunub.
Həmçinin, xeyli sayda avtomobil yolları və körpülərə təxminən 7200 hektar əkin sahəsinə ziyan dəyib. Mövcud vəziyyətlə əlaqədar Albay və Cənubi Kamarines vilayətlərində fövqəladə vəziyyət elan edilib. Baş vermiş təbiət hadisəsinin nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq işlər görülür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB