Keçmiş məhkum narkotik üstündə tutuldu

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini F.Hüseynov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Nəsimi rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Hüseynov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 1 kiloqram heroin aşkar edilərək götürülüb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə