Səbail rayonu ərazisindəki mağazaların birindən pul oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Səbail RPİ 9-cu PB və Sabunçu RPİ 12-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 17-də Səbail rayonu ərazisindəki mağazaların birindən 1000 manat və 3000 ABŞ dolları pul oğurlamaqda şübhəli bilinən Naftalan şəhər sakini B.İsmayılov, Sumqayıt şəhər sakini F.Kərimov və Şamaxı rayon sakini N.Rəhimov saxlanılıblar.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə