Suraxanı rayonunun H.Əliyev prospektində “Mercedes” və “Mercedes” markalı yük avtomobilləri toqquşub. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, sentyabrın 22-də saat 20 radələrində Suraxanı rayonunun H.Əliyev prospektində İlqar Mehdiyevin idarə etdiyi “Mercedes” markalı minik və N.Abdullayevin idarə etdiyi “Mercedes” markalı yük avtomobilləri toqquşub. Nəticədə İ.Mehdiyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə