Siyəzən və Tərtər sakinlərindən oldu silah götürülüb

Siyəzən və Tərtər sakinlərindən oldu silah götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Quba Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Siyəzən rayon sakini A.Cəlilovdan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb.

Eyni zamanda, Tərtər rayonunda keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Evoğlu kənd sakini E.Quliyevdən müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə