Narkotiklə məşğul olan şəxslər tutuldu

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakinləri E.Hüseynov və Z.Məmmədov saxlanılıblar. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Biləsuvar RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakinləri E.Hüseynov və Z.Məmmədov saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan 528 qramdan artıq heroin götürülüb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...