Yolu keçən piyadanı maşın vuraraq öldürdü

Şirvan şəhəri ərazisində “Mercedes” markalı avtomobillə yolu keçən F.Həsənova vurub. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, sentyabrın 21-də saat 21 radələrində Şirvan şəhəri ərazisində şəhər sakini Q.Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Fərqanə Həsənovanı vurmuş, nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Şirvan ŞPŞ tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...