Oğurluq edən keçmiş məhkumlar tutuldu

Oğurluqda şübhəli bilinən Ağsu rayon sakini D.Bağırov və Göyçay rayon sakini P.İsmayılov saxlanılıblar. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 17-də rayon ərazisindəki binalardan birinin liftinin 5000 manat dəyərində mühərrikini oğurlamaqda şübhəli bilinən Ağsu rayon sakini, əvvəllər məhkum olunmuş D.Bağırov və Göyçay rayon sakini P.İsmayılov saxlanılıblar.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...