Avtomobilləri qarət edən şəxs tutuldu

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Mingəçevir şəhər sakini S.Xəlilov avtomobillə birgə saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini P.Quliyev sentyabrın 20-də saat 4 radələrində rayon ərazisindən “VAZ-2107” markalı avtomobilinin qaçırıldığını bildirilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş S.Xəlilov avtomobillə birgə Yasamal rayonu ərazisində saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun C.Musayevə məxsus “Mercedes” markalı avtomobili qaçırması da müəyyən edilib.
Araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə