Yol qəzası daha bir can aldı

Şirvan şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, sentyabrın 20-də saat 16 radələrində Şirvan şəhəri ərazisində şəhər sakini N.Gözəlov idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən həmyerlisi İlham İbrahimovu vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Şirvan ŞPŞ tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə