Ağdam rayonunun Quzanlı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, sentyabrın 19-da saat 21 radələrində Ağdam rayonunun Quzanlı qəsəbəsi ərazisində Qasımbəyli qəsəbə sakini V.Rüstəmov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Ayaq Qərvənd kənd sakini Ramiq Əliyevi vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Ağdam RPŞ tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə