Avtomobillə vurulan piyada xəstəxanada öldü

Lənkəran rayonunun Veravul kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, sentyabrın 19-da saat 12 radələrində Lənkəran rayonunun Veravul kəndi ərazisində Separadi kənd sakini H.Rzayev idarə etdiyi “VAZ-2104” markalı avtomobillə yolu keçən kənd sakini Fərman Qurbanovu vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Lənkəran ŞRPŞ tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə