Biləsuvar rayonunun Nərimankənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, sentyabrın 20-də saat 4 radələrində Biləsuvar rayonunun Nərimankənd kəndi ərazisində şəhər sakini Kamal Ağazadə idarə etdiyi “Niva” markalı avtomobili aşırıb. Nəticədə sürücü və sərnişini - həmyerlisi Çinarə Abbasova hadisə yerində ölüblər.
Biləsuvar RPŞ tərəfindən araşdırma aparılır.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB