Dərman preparatları, mobil telefonlar və kosmetik vasitələr aşkar edilib
Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "DAF" markalı yük nəqliyyat vasitəsi saxlanılıb. SİA-nın xəbərinə görə, baxış zamanı avtomobilin salonunda əşyalar qoymaq üçün nəzərdə tutulan yerlərdə gömrük orqanlarına bəyan edilməyən 6 ədəd müxtəlif markalı mobil telefon və aksesuarları, müxtəlif adda 258 ədəd həb, 93 kapsul, 5 ampul, 2 flakon və bir ədəd maz olmaqla dərman preparatları, həmçinin 44 ədəd qarışıq kosmetik məhsullar aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB