Şirvanda sərxoş vəziyyətdə olan piyadanı avtomobil vuraraq öldürüb

Şirvanda sərxoş vəziyyətdə olan piyadanı avtomobil vuraraq öldürüb.

SİA xəbər verir ki, hadisə Şirvan şəhəri Gülbala Şıxbala oğlu küçəsində baş verib.

"Chevrolet" markalı avtomobil sərxoş vəziyyətdə qəfil yola çıxan Şirvan sakini, 1958-ci il təvəllüdlü İbrahimov İlham Həmid oğlunu vurub və o, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, İ.İbrahimov aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə