Bakının Sabunçu rayonunda "Mitsubishi" ağaca çırpılıb, 4 nəfər yaralanıb

Bakının Sabunçu rayonunda ağır yol qəzası baş verib.

SİA xəbər verir ki, hadisə Maştağa-Zabrat yolunda qeydə alınıb.

"Mitsubishi" markalı avtomobillə hərəkətdə olan sürücü idarəetməni itirib. Avtomobil şosedən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Avtomobildə olan sürücü və iki sərnişin salonda sıxışıb qaldığından əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidnmətinin əməkdaşları gəlib. Avtomobildə olan üç nəfər çıxarılaraq təcili tibbi yardım xidməti vasitəsilə xəstəxanaya yerləşdirilib.

Ümumilikdə, qəza nəticəsində sürücü 35 yaşlı Məmmədov Elçin İmaməli oğlu və onun həyat yoldaşı, Məmmədova Vəfa Əfsər qızı, eləcə də Behbudova Jalə Mahir qızı və 26 yaşlı Mütəllimov Əqdət Miqtət oğlu ağır bədən xəsarətləri alaraq 3 nömrəli şəhər klinik xəstəxanasına yerləşdiriliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə