Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsində fəhləni cərəyan vurub öldürdü

Sentyabrın 18-də saat 17 radələrində Sumqayıt şəhəri ərazisində Kənan Ağayevin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı şəhər prokurorluğuna məlumat daxil olmuşdur.

Sumqayıt Şəhər Prokurorluğundan SİA-ya verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunmuş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.

İlkin istintaqla "Azərenerji" ASC-nin Sumqayıt Yüksək Gərginlikli Eletrik Şəbəkəsinin həyətində fəhlə işləyən Kənan Ağayevin perforator ilə sığınacaqda təmir işləri görən zaman elektrik cərəyanın təsirinə məruz qalaraq ölməsi müəyyən edilmişdir.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...