Yevlaxda inzibati binada yanğın olub

Yevlax rayonunda inzibati binada yanğın hadisəsi baş verib.

Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Yevlax şəhərinin Aşağı Salamabad kəndində ümumi sahəsi 800 m² olan birmərtəbəli inzibati binanın (bir hissəsi fəaliyyət göstərmir, yararsızdır) fəaliyyət göstərməyən hissəsində tavan 65 m² sahədə və döşəmə 1 m² sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...