Şəmkirdə “Shachman” makalı yük maşını “KamAZ” toqquşub, bir sürücü yaralanıb

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

SİA xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

“Shachman” makalı yük maşını “KamAZ” markalı yük maşını ilə toqquşub.

Nəticədə sürücülərdən biri yüngül xəsarət alıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı cinayət işi başlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə