Koronavirusa görə bağlanan Şəki bazarı polis nəzarətinə götürülüb FOTO

Şəki şəhərində mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar olaraq, sakinlərin COVİD-19 infeksiyasına yoluxması hallarının qarşısının alınması məqsədi ilə mütəmadi olaraq profilaktik tədbirlərin görülməsinə baxmayaraq “Şəki Bazar” ASC-də alqı-satqı ilə məşğul olan şəxslərin koronavirusa yoluxması ilə əlaqədar aparılan testlər nəticəsində son günlərdə 12 nəfərin qeyd olunan virusa yoluxduğu aşkar edilib.

Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, baş verən bu halın risk mənbəyi olduğu nəzərə alınaraq, bazarın ərazisində müvafiq sanitar-epidemioloji tədbirlərin görülməsi məqsədi ilə bazar 18 sentyabr 2020-ci il tarixdən etibarən Operativ Qərargah tərəfindən qəbul edilmiş qərara uyğun olaraq 3 gün müddətində karantinə bağlanıb, yəni bu müddət ərzində bazarın fəaliyyəti bütünlüklə dayandırılıb.

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ərazidə mütəmadi olaraq xidmət aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə