Bakıda evdən 1 000 manat pul oğurlandı

Binəqədi rayonu ərazisindəki evlərin birindən pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Qazax rayon sakini O.Ağayev saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 21-də rayon ərazisindəki evlərin birindən 1000 manat pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Qazax rayon sakini, əvvəllər məhkum olunmuş O.Ağayev saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun daha 2 evdən pul və qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə