Qadından şantaj yolu ilə pul tələb edən şəxs saxlanılıb

Hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Bərdə rayon sakini C.Qasımov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmış, barəsində cinayət işi başlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Bərdə RPŞ-yə cari il avqustun 23-də rayon sakini olan bir qızın video və şəkillərinin sosial şəbəkədə yayılacağı ilə hədələnərək ondan 1000 manat pul tələb edilməsi barədə müraciət daxil olub.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Hüseynbəyli kənd sakini C.Qasımov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanmış, istintaq aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə