At kanalizasiya quyusuna düşdü

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda heyvan faktorunun (at) dərinliyi təqribən 3 m olan çirkab sularının axıdıldığı quyuya düşərək orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. SİA-nın nazirliyin rəsmi saytına istinadən verdiyi xəbərə görə, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən heyvan quyudan çıxarılıb və sahibinə təhvil verilib.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...