Evdən pul və qızıl-zinət əşyaları oğurlandı

Sabunçu rayonu ərazisindəki evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən E.Əliyev saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 6-da rayon ərazisindəki evlərin birindən 180 manat pul və 900 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən İsmayıllı rayon sakini E.Əliyev saxlanılıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə