Əmisini qətlə yetirən şəxs barədə cinayət işi istintaqı başa çatıb

Tərtər rayonunda əmisini qətlə yetirən şəxsin barəsində olan cinayət işinin istintaqı başa çatıb. SİA xəbər verir ki, hadisə rayonun Sarov kəndində baş verib.

Kənd sakini Z.Kərimovun qətlə yetirilməsi barədə “102-Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub. Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlmiş, müvafiq tədbirlər həyata keçirilib.
Təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri ilə Sarov kənd sakini C.Kərimovun və Kəngərli kənd sakini Z.Abbaszadənin qisas və tamah məqsədi ilə Z.Kərimovu bıçaqla qətlə yetirmələri müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinənlər - Z.Abbaszadə və C.Kərimov saxlanılıblar.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Qeyd edək ki, hadisəni törədən C.Kərimov Z.Kərimovun qardaşı oğludur.

Faktla bağlı başlanmış cinayət işi üzrə istintaq yekunlaşıb və iş baxılması üçün Gəncə ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmə işi hakim Faiq Mahmudovun icratına verilib. Məhkəmə prosesinin vaxtı yaxın günlərdə təyin ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...