Bakının Xəzər və Sabunçu rayonlarında bıçaqlanma hadisəsi baş verib

Bakının Xəzər və Sabunçu rayonlarında bıçaqlanma hadisəsi baş verib

Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.

SİA xəbər verir ki, hadisə Südçülük sovxozu ərazisində qeydə alınıb.

2003-cü il təvəllüdlü Nurəliyev Mirəmin Zaur oğlu mübahisə zamanı bıçaqlanıb. Yaralı sağrı nahiyəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Digər bir hadisə isə Sabunçu rayonu, Pirşağı qəsəbəsində baş verib. 1970-ci il təvəllüdlü Qurbanov Hafiz Xasay oğlu isə tanışı tərəfindən qarnından bıçaq xəsarətləri alıb. Yaralı qarnının ön divarının çoxsaylı kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə