Kürəkənini güllələyən şəxs tutuldu

Kürəkənini güllələyən şəxs tutuldu

Xuliqanlıq zəminində kürəkəni N.Allahverdiyevin qol nahiyəsinə xəsarət yetirmiş Buzovna qəsəbə sakini Ç.Rəhimov polis əməkdaşları tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, sentyabrın 15-də saat 2 radələrində Buzovna qəsəbəsi ərazisində qəsəbə sakini Ç.Rəhimovun xuliqanlıq zəminində pnevmatik tüfəngdən açdığı atəşlə kürəkəni N.Allahverdiyevin qol nahiyəsinə xəsarət yetirməsi barədə Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə məlumat daxil olub.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Ç.Rəhimov polis əməkdaşları tərəfindən saxlanılmış, ondan “Qamo” markalı pnevmatik tüfəng və 42 ədəd patron (pnevmatik) götürülüb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə