Şabranda piyadanı vurub qaçan sürücü saxlanılıb

Şabranda piyadanı vurub qaçan sürücü saxlanılıb

Şabran rayonu ərazisində idarə etdiyi avtomobillə piyadanı vuraraq hadisə yerindən yayınmış sürücü K.İsgəndərov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, sentyabrın 15-də saat 21 radələrində Şabran rayonunun Ağbaş kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən 40-45 yaşlı kişi vurulmuş və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

BDYPİ və Şabran RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin Xaçmaz rayon sakini Etibar Kərimov olması müəyyən edilib.

Yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmış “Mercedes” markalı avtomobilin sürücüsü Ağdam rayon sakini K.İsgəndərov saxlanılıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə