Gəncə şəhəri ərazisində “Volkswagen” markalı avtomobillə yolun kənarında dayanmış iki piyada vurulub. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, sentyabrın 16-da saat 22 radələrində Gəncə şəhəri ərazisində şəhər sakini Elçin Kərimli idarə etdiyi “Volkswagen” markalı avtomobillə yolun kənarında dayanmış həmyerliləri Bəxtiyar Bağırovu və Q.Qurbanovu vurub. Nəticədə B.Bağırov aldığı xəsarətlərdən hadisə yerində ölmüş, Q.Qurbanov xəstəxanaya yerləşdirilib.
Nizami (Gəncə) RPİ tərəfindən araşdırma aparılır.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB