Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində “Daf” və “Toyota” markalı avtomobillər toqquşub. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, sentyabrın 16-da saat 16 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Babək rayon sakini C.Şahverdiyevin idarə etdiyi “Daf” və Bakı şəhər sakini Qədir Rüstəmovun idarə etdiyi “Toyota” markalı avtomobillər toqquşub. Nəticədə Q.Rüstəmov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Qaradağ RPİ tərəfindən araşdırma aparılır.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB