Masallıda sexdə yanğın

Masallı rayonunun Əhmədli kəndində ümumi sahəsi 80 m² olan qaynaqçı sexinin yanar konstruksiyaları 4 m² sahədə, içərisində hər birinin tutumu 2 litr olan 30 qutu boya və avadanlıqlar (qaynaq aparatı, kompressor və s.) yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə