Ağdaşda 29 yaşlı gənc mübahisə və münaqişə zəminində bıçaqlanıb
Ağdaşda bıçaqlanma hadisəsi qeydə alınıb.
SİA xəbər verir ki, rayon ərazisində 29 yaşlı gənc mübahisə və münaqişə zəminində bıçaqlanıb.
Rayon sakini 1991-ci il təvəllüdlü Tural İsrafilovun döş nahiyəsinə və qoluna bıçaq zərbələri vurulub. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB