Mingəçevir şəhərində “Hyundai” markalı minik maşını yanıb

Mingəçevir şəhərində “Hyundai” markalı minik maşını yanıb

Mingəçevir şəhərinin Aydın Məmmədov küçəsində yerləşən Əşya bazarının yaxınlığında “Hyundai” markalı minik maşını yanıb.

SİA xəbər verir ki, yanğın maşının mühərrikində başlayıb.

İlkin məlumata görə, yanğına səbəb mühərrikdəki nasazlıq olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə bölməsinin əməkdaşları cəlb olunub. Yanğın söndürülüb, maşının digər hissələri yanğından mühafizə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə