Abşeron sakininin idarə etdiyi maşından qumbara tapıldı

Abşeron sakininin idarə etdiyi maşından qumbara tapıldı

Polis əməkdaşları əllərdə qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə növbəti əməliyyat tədbiri keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakini E.Əliyevin idarə etdiyi "TOFAŞ" markalı avtomobildən "F-1" qumbarası aşkar edilərək götürülüb.

Faktla bağlı təhqiqat aparılır .

Bütün xəbərlər Facebook səhifəmizdə