Avtomobil atla hərəkət edən şəxsi vurub

Avtomobil atla hərəkət edən şəxsi vurub

Tərtər rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, sentyabrın 15-də saat 20 radələrində Tərtər rayonu ərazisində müəyyən edilməmiş avtomobillə yolun kənarı ilə atla hərəkət edən Bərdə rayon sakini Asif Süleymanov vurulub. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş A.Süleymanov orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə