Sabirabadda yanğın baş verib

Sabirabad rayonunun Kovlar kəndində ümumi sahəsi 40 m² olan talvarın yanar konstruksiyaları 20 m² sahədə və altına yığılan 6 ton ot bağlamasının 3 tonu yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, talvar və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə