İmişli sakinindən hədə-qorxu yolu pul tələb edən şəxs tutulub

İmişli sakinindən hədə-qorxu yolu pul tələb edən şəxs tutulub

İmişli rayonunun Qızılkənd kənd sakini E.Əliyev saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, İmişli RPŞ-yə müraciət edən Otuziki kənd sakini Z.Uğurluyev sentyabrın 15-də hədə-qorxu gəlməklə ondan 8000 manat pul tələb edilməsini bildirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qızılkənd kənd sakini E.Əliyev Z.Uğurluyevdən 6000 manat pulu alarkən saxlanılıb.

Araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə